Sen 16, 2017 11:53 Asia/Baku
  • Banqladeş Myanmaya xəbərdarlıq etdi
    Banqladeş Myanmaya xəbərdarlıq etdi

Rəsmi Dəkkə Banqladeşin hava zolağının pozulduğuna görə Myanma hökumətinə xəbərdarlıq edib.

France Pressin məlumatına görə, Banqladeş Xarici İşlər Nazirliyi cümə günü bu ölkə hava zolağının Myanma tərəfindən pozulmasına etiraz olaraq bu ölkənin Dəkkədəki səfirliyinin müvəqqəti işlər vəkilini XİN-ə çağırtdırıb və belə təcavüzlərin mənfi nəticələri haqda xəbərdarlıq edib. 

Məlumata görə, Myanma helikopterləri və pilotsuz uçan aparatları son günlərdə dəfələrlə Banqladeşin hava zolağını pozub. 

Bu, ötən üç həftə ərzində artıq üçüncü dəfədir ki, Dəkkə Myanmanın Banqladeşdəki rəsmisini XİN-ə çağırtdırır. 

Son vaxtlar Myanma ordusu və radikal buddistlərin hücumları və zorakılıqları nəticəsində təxminən 400 min rohinca müsəlmanının məcburi şəkildə Banqladeşə qaçmasına görə, iki ölkə əlaqələri gərginləşib. 

Teqlər