Missuri ştatında qatil polisin bəraət olunmasına etiraz
ABŞ-ın Missuri ştatının Sent Luis şəhərində yüzlərlə nəfər məhkəmənin bir qaradərilini qətlə yetirmiş polisin azadlığına qərar verməsinə etiraz olaraq küçələrə axışıb.
Associated Pressin məlumatına görə, cümə gecə başlanan bu etirazın davamında milli qvardiya qüvvələri hazır vəziyyətə gətirilib və 13 nəfər saxlanılıb.
Polis bəzi etirazçıların məmurlara doğru daş və butılkalar atdığını deyir.
Etirazçılar Sent Luis meri Lida Krosonun mənzilinin pəncərələrini qırıb və mənzilin divarlarına qırmızı boyalar atıblar.
Məlumata görə, onlarla polis məmuru gücdən və iğtişaş əleyhinə vasitələrdən istifadə edərək etirazçıları merin mənzilinin ətrafından uzaqlaşdırıblar.
2011-ci ildə Missiru ştatında ağdərili polis məmuru Ceyson Stelli 24 yaşlı Antoni Lamar Smit adlı qaradərili gənci atəş açaraq qətlə yetirdi. Lakin məhkəmə qatil polisi cəzadan azad edib.
Bəzi Kütləvi İnformasiya Vasitələri Missuri ştatında polis məmurlarının qaradərililəri qətlə yetirməsinin sayının çox olduğuna görə, bu ştatı qaradərililərin qətl məkanı adlandırırlar.