Myanma ordusu komandanı müsəlmanlara hücumların davamını vurğuladı
https://azeri.sahartv.ir/news/dünya-i282719-myanma_ordusu_komandanı_müsəlmanlara_hücumların_davamını_vurğuladı
Myanmada rohinca müsəlmanlarının qırğın edilməsinin tənqid edilməsi və pislənilməsinə rəğmən, bu ölkə ordusu komandanı rohinca müsəlmanlarına hücumların davam etməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2017 04:56 Asia/Baku
  • Myanma ordusu komandanı müsəlmanlara hücumların davamını vurğuladı
    Myanma ordusu komandanı müsəlmanlara hücumların davamını vurğuladı

Myanmada rohinca müsəlmanlarının qırğın edilməsinin tənqid edilməsi və pislənilməsinə rəğmən, bu ölkə ordusu komandanı rohinca müsəlmanlarına hücumların davam etməsini vurğulayıb.

France Pressin məlumatına görə, Myanma ordusu komandanı general Min Onq Helinq bazar günü bu ordunun rohinca müsəlmanları əleyhinə əməliyyatını müdafiə edərək deyib: Bu əməliyyat onların çıxarılması məqsədilə davam edəcək. 

Bu arada Myanma Demokratiyası üçün Milli Cəbhə Partiyası və bu ölkə ordusu rohinca müsəlmanlarının soyqırımı üçün birləşmişlər. 

Myanmaya hakim partiya və ordunun rohinca müsəlmanlarının qırğın edilməsini davam etdirməsini vurğuladıqları bir halda, bu cinayətlər region ölkələri və beynəlxalq dairələrin sərt reaksiyası ilə üzləşib və bu cinayətlərin dayandırılması vurğulanıb. 

Statistikalara əsasən, 25 avqustdan bəri 6 mindən çox rohinca müsəlmanı Myanma ordusu və radikal buddistlər tərəfindən qətlə yetirilib və 8 min nəfər də yaralanıb. 

BMT də Myanmadan Banqladeşə qaçmağa məcbur olan müsəlmanların sayının 400 min nəfəri keçdiyini bildirib.