Sen 25, 2017 15:16 Asia/Baku
  • Ruhinca müsəlmanları Myanmadan qaçmağa çalışırlar
    Ruhinca müsəlmanları Myanmadan qaçmağa çalışırlar

Myanma ordusu və hökumətinin amansız zülmündən xilas olmaq və həyatda qalmaq üçün Banqladeşə sığınmağa çalışan Ruhinca müsəlmanlarının sayında nisbi azalma müşahidə edilsə də, hələ də on minlələ didərgin Myanmanı tərk etmək və Banqladeşə sığınmaq üçün meşə və sahil ərazilərində sərgərdandır.

Ötən həftələr ərzində Myanmadan qaçmağa və Banqladeşə sığınmağa nail olan Ruhinca müsəlmanları Myanma ordusunun qaçmağa çalışan müsəlmanları güllələyərək, öldürdüklərini bildirirlər.

Bəzi məlumatlara görə, minlərlə Ruhinca müsəlmanı Myanmada çıxılmaz vəziyyət ilə üzləşib. Bunun səbəbi isə Myanma ordusunun didərginlərin ölkədən qaçmasını önləmək üçün qayıqları yandırmasıdır.

Ötən bir ayda 430 min Ruhinca müsəlmanı Banqladeşə sığınıb. Bunun səbəbi Myanma ordusunun onların evlərini və kəndlərini yandırması, insanları isə amansız şəkildə qətlə yetirməsidir.

BMT-nin Təhlükəsizlik Şurası Myanma dövlətindən Ruhinca müsəlmanlarına qarşı zorakılıqları durdurmasını istəməsinə rəğmən, İnsan haqları müdafiəçiləri Ruhinca müsəlmanlarına qarşı zorakılıqların hələ də davam etdiyini bildirirlər.

BMT Myanma ordusunun Ruhinca müsəlmanlarına qarşı zorakılıqlarını etnik təmizləmə və soyqırımı adlandırıb.

Teqlər