Onlarla rohincalı həlak oldu
Banqladeşə məcburi köçərkən onları daşıyan qayığın aşması nəticəsində onlarla rohinca müsəlmanı həlak olub.
Daun xəbər portalının məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Coel Milman deyib: Rohinca müsəlmanlarını Myanmadan Banqladeşə aparan qayıq Banqal körfəzində İnani sahilləri yaxınlığında aşıb və 60 müsəlman dünyasını dəyişib.
Bundan öncə də Banqladeşə məcburi köçərkən yüzlərlə rohinca müsəlmanı həlak olmuşdur.
25 avqustdan indiyə qədər Myanma ordusunun Raxin əyalətində rohinca müsəlmanları əleyhinə kobudluqları və təcavüzləri nəticəsində altı mindən çox müsəlman həlak olub, səkkiz min nəfər yaralanıb. Yüz minlərlə müsəlman isə Banqladeşə qaçmağa məcbur olub.
Raxin əyaləti 2012-ci ildən Myanma ordusu və radikal buddistlərin Rohinca müsəlmanlarına qarşı hücumlarının şahididir. Bir milyon rohinca müsəlmanı Myanmada vətəndaşlıq hüququndan məhrumdur.