Avropa ölkələrindəki müsəlmanlar Hüseyn Aşurası gecəsində əzadarlıq ediblər
Hüseyn Aşurası gecəsi ilə bir zamanda Avropa ölkələrindəki müsəlmanlar İmam Hüseyn(ə)-ın və onun sadiq köməkçilərinin şəhadətinin ildönümü gecəsində matəm saxlayıblar.
Rusiya müsəlmanları İran, Əfqanıstan, Tacikistan, İraq, Azərbaycan Respublikası, Pakistan və Livan daxil olmaqla digər islami ölkələrin vətəndaşları ilə yanaşı, Hüseyn Aşurası gecəsi mərasimində iştirak ediblər.
Bu mərasimdə ilk dəfə olaraq, Kərbəla hadisəsi təziyyə mərasimi formasında rus dilində və on hissədə əzadarlar üçün nümayiş etdirilib.
Rusiyanın yeddi milyon nəfərlik əhalisi olan böyük Sankt-Peterburq şəhərində də Həzrət İmam Hüseyn(ə) aşiqlərindən minlərlə nəfər builki Aşura gecəsi mərasimini mədəni-islami mərkəzlərdə, hüseyniyyə və məscidlərdə keçirib.
Almaniyada yaşayan müsəlmanlar da şənbə günü bu ölkənin şimal-qərbində yerləşən Aaxen şəhərində rozaxanlıq və mərsiyyəxanlıqla müşayiət olunan bir mərasimdə Seyyiduşşuhəda(ə)-ın sadiq köməkçisi Həzrət Əbulfəzl Əl-Əbbas(ə)-ın xatirəsini yad ediblər.
Danimarka müsəlmanları da Kopenhagen şəhərində İmam Hüseyn(ə)-ın və onun sadiq köməkçilərinin şəhadətinin ildönümü gecəsində əzadarlıq ediblər.
Həmçinin İngiltərənin paytaxtı Londonda, Ukraynanın paytaxtı-Kiyevdə və Çexiyanın Brno şəhərindəki Əhl-əl-Beyt(ə) Assambleyasında müsəlmanlar Həzrət İmam Hüseyn(ə)-ın matəmində əzadarlıq ediblər.