Okt 02, 2017 12:09 Asia/Baku
  • Kataloniya başçısı: İstiqlal haqqını əldə etdik
    Kataloniya başçısı: İstiqlal haqqını əldə etdik

İspaniyanın Kataloniya məntəqəsinin başçısı vurğulayıb ki, bu mənətəqənin əhalisi bazar günü keçirilmiş referendumda istiqlal haqqını əldə edibdir.

Kataloniyanın İspaniyadan istiqlaliyyət əldə etməsi üzrə qalmaqallı referendum rəsmi Madridin müxalifətinə rəğmən, dünən keçirildi.

Dünən gecə bu referendumun keçirilməsindən sonra Karles Puçdemon bir televiziya çıxışında belə vurğulayıb: Bu qorxu və ümid günündə Kataloniya vətəndaşları respublika formasında müstəqil bir ölkəyə malikolma haqqını əldə etdilər.

Kataloniya məntəqəsinin başçısı əlavə edib ki, qarşıdakı günlərdə referendumun nəticələrini bu məntəqənin parlamentinə göndərəcəkdir ki, referendum qanunu əsasında addım atılmış olsun.

Referendum qanunda nəzərdə tutulubdur ki, Kataloniya məntəqəsi sakinlərinin əksər hissəsinin İspaniyadan ayrılmağa səs verəcəyi təqdirdə, bu məntəqənin parlamenti birtərəfli şəkildə istiqlaliyyət elan edə bilər.

Referendumun ilkin nəticələrinə görə, katalanların əksəriyyəti istiqlaliyyətə səs veribdir. Bəzi medialar bildiriblər ki, respondentlərin təqribən doxsan faizi Kataloniyanın istiqlaliyyətinin lehinə səs veribdir.

Belə bir halda, İspaniyanın əsas qanun məhkəməsi bundan öncə referendumun keçirilməsini qanunsuz elan etmişdi.

İspaniyanın baş naziri Mariano Rahoy da qeyd olunan referendumun keçirilmə müddəti başa çatandan sonra Kataloniya əhalisini aldanmış insanlar adlandırıb və belə deyib: Bu gün əslində Kataloniya əyalətində istiqlaliyyət referendumu keçirilmədi.

Bəzi səsvermə məntəqələrində İspaniyanın xüsusi təyinatlı qüvvələri referendum iştirakçıları ilə toqquşub və onların bu məntəqələrə daxil olmalarını əngəlləyiblər. Bu qarşıdurmalarda 844 nəfər yaralanıbdır.

İspaniyanın əsas qanununa görə, bu ölkə bölünməzdir.

Kataloniya əyaləti illər boyudur ki, İspaniyadan müstəqillik əldə etməyə çalışır.

 

 

 

Teqlər