Türkmənistan prezidenti: Qarşıdakı iclasda Xəzərin hüquqi statusu haqda razılaşma mümkündür.
https://azeri.sahartv.ir/news/dünya-i284133-türkmənistan_prezidenti_qarşıdakı_iclasda_xəzərin_hüquqi_statusu_haqda_razılaşma_mümkündür.
Türkmənistan prezidenti deyib: Xəzərin hüquqi statusu konvensiyası sahilyanı ölkələrin qarşıdakı sammitində razılaşdırıla bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 02, 2017 15:28 Asia/Baku
  • Türkmənistan prezidenti: Qarşıdakı iclasda Xəzərin hüquqi statusu haqda razılaşma mümkündür.
    Türkmənistan prezidenti: Qarşıdakı iclasda Xəzərin hüquqi statusu haqda razılaşma mümkündür.

Türkmənistan prezidenti deyib: Xəzərin hüquqi statusu konvensiyası sahilyanı ölkələrin qarşıdakı sammitində razılaşdırıla bilər.

Rusiyanın Ria-Novosti xəbər agentliyi bu barədə belə yazıb: Bu xəbəri Türkmənistan prezidenti Qurbanqulu Berdı Muhəmmədov Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşdə bildirib.

O, sonra deyib: Ümid edirik ki, xəzəryanı ölkə başçılarının beşinci sammitində Xəzərin statusu barədə və müştərək bir üş üzərində müzakirə aparılacaq.

Türkmənistan prezidenti həmçinin deyib: Bu məsələ strateji əhəmiyyətə malikdir və ümid edirəm ki, bütün sahilyanı ölkələr bu məsələyə dəstək verəcəklər.