Kataloniya sakinləri İspaniya polisinin zorakılığına etiraz ediblər
Kataloniya sakinlərindən minlərlə nəfər dünən bu əyalətin mərkəzi olan Barselona şəhərinin küçələrinə çıxaraq, İspaniya polisinin zorakılığına etiraz edibdir.
Kataloniyada bu əyalətin İspaniyadan müstəqil olması ilə bağlı referendumun keçirilməsi polisin müdaxiləsilə zorakılğa çevriləndən sonra minlərlə Barselona sakini, eləcə də bu əyalətin digər şəhərlərinin sakinləri dünən istiqlaliyyət haqqını müdafiə və polis zorakılığına etiraz istiqamətində aksiya keçiriblər.
Mərkəzi dövlətin müxalifətinə rəğmən, qalmaqallı referendum bazar günü keçirildi və səs verənlərin əksər hissəsi Kataloniyanın istiqlaliyyətinin lehinə səs verdi.
Belə bir halda, İspaniyanın əsas qanun məhkəməsi bundan öncə referendumun keçirilməsini qanunsuz elan etmişdi.
Kataloniya əyaləti illər boyudur ki, İspaniyadan müstəqillik əldə etməyə çalışır.