Okt 06, 2017 10:39 Asia/Baku
  • Avropa Komissiyası: Biz yalnız İspaniya hökumətini tanıyırıq

Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı deyib ki, bu ittifaq yalnız İspaniya hökumətini tanıyır.

Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Pyer Moskovisi dünən İspaniyanın Kataloniya məntəqəsində mütəqillik referendumunun keçirilməsinə toxunaraq, "Brüssel İspaniyadan ayrılmış müstəqil Kataloniyanı tanıyacaqmı?" sualının cavabında deyib ki, bu məntəqə müstəqil olacağı təqdirdə belə, Avropa Birliyinin üzvü olmayacaqdır.

Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı tərəflər arasında dialoq və sülhə ehtiyac duyulduğunu vurğulayaraq, Madrid ilə yerli Kataloniya rəhbərliyi arasındakı gərginliyi "ağrılı bir məsələ" adlandırıb və bu məsələnin ispanların özləri tərəfindn həll edilməli olduğunu vurğulayıbdır.

Moskovisinin qənaətincə, Kataloniyanın İspaniyadan müstəqil olmasına dair referendumdan sonra yaranmış böhran nə Brüsseldə, nə Parisdə və nə də ki, heç bir digər yerdə həll olunmayacaqdır.

Kataloniya əhalisi rəsmi Madridin müxalifətinə rəğmən, referendumda iştirak etdi. Referendum iştirakçılarının 90 fazindən çoxu səs qutularına "lehinə" səs saldı. 

Kataloniyanın İspaniyadan müstəqil olmaq üzrə səyləri son onilliklərdə İspaniyada ən böyük siyasi böhran sayıla bilər.

Teqlər