İspaniyanın baş naziri Kataloniyanın dövlət başçısına xəbərdar edib
https://azeri.sahartv.ir/news/dünya-i284425-İspaniyanın_baş_naziri_kataloniyanın_dövlət_başçısına_xəbərdar_edib
İspaniyanın baş naziri Mariano Rahoy, Kataloniya əyalətinin başçısı Karles Puçdemona cümə axşamı günü Kataloniyanın İspaniyadan müstəqil olmasını birtərəfli surətdə elan edilməsinin pis nəticələrə səbəb olacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2017 10:34 Asia/Baku
  • İspaniyanın baş naziri Kataloniyanın dövlət başçısına xəbərdar edib

İspaniyanın baş naziri Mariano Rahoy, Kataloniya əyalətinin başçısı Karles Puçdemona cümə axşamı günü Kataloniyanın İspaniyadan müstəqil olmasını birtərəfli surətdə elan edilməsinin pis nəticələrə səbəb olacağını bildirib.

IRNA-nın məlumatına görə, Mariano Rahoy EFE xəbər agentliyinə verdiyi müsahibədə, Kataloniyanın İspaniyadan müstəqil olmasının bu məntəqənin separatçıları tərəfindən birtərəfli surətdə elan edilməsilə İspaniyadakı vəziyyətin pisləşəcəyini vurğulayaraq, Kataloniya məsələsinin həll yolunun, hamının qanuna qayıtması olduğunu bildirib.

İspaniyanın baş naziri Kataloniyada müstəqilliyə heç vaxt icazə verməyəcəyini vurğulayıb.