Okt 07, 2017 12:32 Asia/Baku
  • İspaniya referendum günü zorakılıqlara görə Kataloniyadan üzr istədi
    İspaniya referendum günü zorakılıqlara görə Kataloniyadan üzr istədi

İspaniya hökumətinin Kataloniyadakı nümayəndəsi bu bölgədə referendumun keçirildiyi gündə zorakılıqlara görə üzr istəyib.

Röytersin məlumatına görə, İspaniya hökumətiin Kataloniyadakı nümayəndəsi Enrik Milyo bildirib: Xəsarət almış və yaralanmış insanları gördükdə çox təsirlənib və buna görə üzr istəyir. 

Bu, ötən bazar günü Kataloniyada polisin referendum iştirakçıları əleyhinə repressiv hərəkətlərinə görə, İspaniya hökuməti rəsmisinin ilk üzrü hesab olunur. 

Kataloniyanın müstəqilliyi üzrə qalamqallı referendum günündə polis səsvermə məntəqələrinə və referendum tərəfdarlarına hücum ediblər. Nəticədə təxminən 900 nəfər yaralanıb. 

Bu üzrxahlıq Kataloniya rəhbərləri qarşısında barışıq addımı hesab oluna bilər. Amma Kataloniya rəhbərliyi gələn günlər ərzində İspaniyadan müstəqilliyini birtərəfli qaydada elan etmək niyyətindədir. 

İspaniya hökumətinin qarşı olmasına baxmayaraq Kataloniyada referendum 1 oktyabrda keçirildi. Lakin İspaniya Konstitusiya Məhkəməsi referendum və onun nəticəsini qeyri-qanuni elan edib. 

Kataloniya illərdir İspaniyadan ayrılmağa çalışır. 

Teqlər