Bütün İspaniyada aksiya keçirilib
Kataloniya məntəqəsinin İspaniyadan ayrılmasının lehinə və əleyhinə çıxanlar bu ökənin müxtəlif şəhərlərində aksiya keçiriblər.
Minlərlə etirazçı İspaniyada aksiya keçirərək, Kataloniya məntəqəsinin İspaniyadan ayrılması ilə bağlı mərkəzi dövlətin katalanlarla dialoqunu istəyibdir.
Ağ rəngli paltarlar geyinmiş Kataloniyanın istiqlaliyyətinin tərəfdarları İspaniyada geniş bir aksiya keçirərək, paytaxt Madridin meriyası qarşısına toplaşıblar.
Əllərində bayraq tutmayan və "söhbət edək!" şüarı verən ağ geyimli etirazçılar İspaniya dövlətindən Kataloniya ilə sülh və dialoq istəyiblər.
İspaniyada bu aksiyanın keçrilməsinə verilən çağırışa əsasən, əhalidən Kataloniya və İspaniya bayraqları daxil olmaqla heç bir bayraq gətirməməsi və ağ paltar geyinməsi istənilmişdi.
Barselonada da danışıqların aparılmasını istəyən minlərlə nəfər aksiya keçirmişdi.
İspaniyada bu ölkənin birliyinə dəstək hədəfli digər bir aksiya da keçirilibdir.