Myanmada atəşkəs başa çatıb
Myanma başçıları bildiriblər ki, Arakan ordusunun hərbçiləri tərəfindən həyata keçirilən birtərəfli və biraylıq atəşkəs müddəti heç bir toqquşma olmadan başa çatıb.
Arakan ordusu bu atəşkəsi sentyabrın onunda Myanmanın qərbində Raxin əyaləti kimi tanınan Arakan əyalətində humanitar yardımların təhvil verilməsinin asanlaşdırılması məqsədilə elan etdi.
Myanma dövlətinin baş müşaviri və bu ölkənin xarici işlər naziri Anq San Suçi bu ölkə ordusunun Raxin əyaləti kimi tanınan Arakan əyalətində müsəlmanlara divan tutmasının ardınca bu zorakılıqlara dəstək verdi. O, regional və beynəlxalq təzyiqlərdən sonra yalnız Arakan əyalətində humanitar yardımların təhvil verilməsi ilə razılaşdı.
Myanma ordusu tərəfindən avqustun 25-dən başlanmış bu ölkənin qərbində yerləşən Raxin əyalətində Ruhinqa müsəlmanlarının amansızcasına yatırılıması nəticəsində altı min müsəlman öldürülüb, səkkiz min insan yaralanıb və bir milyondan yuxarı müsəlman didərgin də Banqladeşə qaçıbdır.