Okt 12, 2017 18:11 Asia/Baku
  • İspaniya Kataloniya başçısına 5 gün möhlət verib
    İspaniya Kataloniya başçısına 5 gün möhlət verib

İspaniyanın baş naziri Kataloniya bölgəsinin rəhbərinə müstəqillik elan etmək qərarına yenidən baxması üçün 5 gün möhlət verib.

İRNA-nın verdiyi məlumata görə, İspaniyanın baş naziri Mariyano Raxoy bu ölkə parlamentdə çıxışı zamanı deyib: Kataloniyanın rəhbəri Karles Puicdemont müstəqillik bəyannaməsini təsdiqləyərsə ona beş gün möhlət veriləcək ki, Kataloniyanın müxtariyyəti mərkəzi hökumət tərəfindən geri alınmazdan öncə öz qərarına yenidən baxsın. 

Kataloniya başçısı Karles Puicdemont çərşənbə axşamı bölgənin yerli palamentində Kataloniyanın müstəqilliyini elan etdi amma eyni zamanda parlamentdən müstəqillik elanından irəli gələn tədbirləri Madrid ilə müzakirələr üçün təxirə salmasını istəyib. 

Karles Puicdemontin bəyanatından sonra İspaniyanın baş naziri ölkənin konstitusiyasının 155-ci maddəsinin icrasına şərait yaratmağa başlayıb. Həmin maddə mərkəzi hökumətə Kataloniyaya siyasi müxtariyyət hüququnu geri götürmək və bu bölgəni öz nəzarətinə almaq icazəsi verir. 

Kataloniyanın İspaniyadan ayrılması üzrə referendum oktyabrın 1-də keçirildi. İspaniyanın konstitusiya məhkəməsi bu referendumu qeyri-qanuni elan etmişdi. 

Avropa Birliyi də bildirib ki, Kataloniyada referendumun seçki komissiyasının yaradılması və səsin gizliliyinin təmin olunması kimi təminatlara malik olmadığına görə rəsmən tanımayacaq. 

Teqlər