ABŞ terrorçuların kimyəvi silahdan istifadə etməsini etiraf etdi
Okt 20, 2017 15:48 Asia/Baku
-
ABŞ terrorçuların kimyəvi silahdan istifadə etməsini etiraf etdi
Rusiya Müdafiə Nazirliyi bildirib: ABŞ Dövlət Departamenti Suriyada terrorçuların kimyəvi silahlardan istifadə etməsini ilk dəfə olaraq etiraf edib.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib: Bu ilk dəfədir ki, ABŞ Təhrirüş-Şam Heyəti adlı terror qruplaşmasının kimyəvi silahdan istifadə etməsini etiraf edir.
Konaşenkov həmçinin əlavə edib: Bununla belə, bundan öncə ABŞ Dövlət Departamenti Suriya ordusu qüvvələrini kimyəvi silahlardan istifadə etməkdə suçlayırdı.