Okt 23, 2017 13:55 Asia/Baku
  • Kataloniya İspaniya dövlətini demokratiyaya hücumda ittiham edib
    Kataloniya İspaniya dövlətini demokratiyaya hücumda ittiham edib

Kataloniya bölgəsinin başçıları İspaniya dövlətini demokratiyaya hücumda ittiham ediblər. Kataloniyanın başçısı Pujdmun deyib: İspaniyada Fransisko Franko diktaturasından sonra bu gün ən pis şərait hökm sürür. Barselonada yüz minlərlə adam Kataloniya bölgəsinin müstəqilliyinə dəstək aksiyası keçirib.

Barselona şəhərində bir daha küçə etirazları keçirilib. Bu dəfə etirazçılar qəzəbli deyil, daha çox şik vəziyyətindədirlər. 

Madridin Kataloniyanın siyasi rəhbərlərini kənarlaşdıracağını çox az adam gözləyirdi. İspaniyada seçkilərə hələ 6 ay qalır. 

Barselonada etiraz aksiyası keçirilərkən İspaniya polisinin vertolyotları aksiyaçıları nəzarətdə saxlayırdı. Nümayişçilər " işğalçılar buranı tərk edin!" şüarı səsləndirirdilər. Öncə İspaniya baş naziri Mariano Raxuy nazirlər kabinetinin iclasında bəzi qərarlarla tarixə düşdü. 

İspaniya dövləti bir həftəyədək Kataloniyaya nəzarəti təmin etmək istəyir. 

Raxuy çıxışında deyib: Hökumət konstitusiyanın 155-ci maddəsini həyata keçirmək istəyir. Bunu biz öz istəyimizlə etmirik, bizim heç vaxt belə niyyətimiz yox idi. Əminəm İspaniya ictimaiyyətinin böyük hissəsi bunu başa düşür. 155-ci maddə konstitusiyanın bir hissəsidir və sadəcə fövqəladə vəziyyətlərdə işləyir. 

Raxuy tərəfindən vəzifəsindən kənarlaşdırılmış Kataloniya bölgəsinin başçısı Karlus Pojedmun Barselonada keçirilən aksiyaya qatıldı və sonra televiziyadan etdiyi nitqində dedi: Kataloniya sakinləri bu kimi hərəkətləri və hücumları gözləmirdi. İspaniya dövləti Kataloniya əhalisinin həyatını nəzarətə almaq istəyir və bu qanuna ziddir. 

Bu təhlükəli siyasi çaxnaşma özünün son mərhələsinə çatmaqdadır. Tərəflərin hər biri üçün vəziyyət çox təhlükəlidir. Oktyabrın 1-də Kataloniyada keçirilən referendumda sakinlərə belə sula verildi: İspaniyadan ayrılmaq istəyirsiniz yoxsa yox?

Hələ bəlli deyil ki, Kataloniya bölgəsi müstəqillik elan etmək niyyətindədir yoxsa yox. 

Teqlər