Okt 25, 2017 12:15 Asia/Baku
  • Yunanıstan medialarının ümumölkə tətili
    Yunanıstan medialarının ümumölkə tətili

Yunanıstan Jurnalistlər Birliyi 48 saatlıq tətil keçirərək, xəbər və informasiyanın yayılmasından boyun qaçırır.

Yunanıstanda dövlət və özəl mediaların jurnalistləri mediaların iş mexanizminə və media rəsmilərinin maliyyə durumuna etiraz olaraq, oktyabrın 24-dən tətil keçirirlər.

Tətilçilər Yunanıstan dövlətinin diqqətini jurnalistlərin vəziyyətinə çəkərək, jurnalistlərə əmək zəmanəti, eləcə də özəl və dövlət sektorlarına mənsub olan yazılı və təsvirli medialarda işçi qüvvəsinin artırılmasını istəyirlər.

Yunanıstan dövləti son illərdə iqtisadi böhranla mübarizə məqsədilə Dünya Bankı və Avropa Birliyinin nəzərdə tutduqları sərt iqtisadi proqramı icra edibdir ki, bu da bu ölkə daxilində geniş xalq etirazları ilə üzləşibdir.

Teqlər