İspaniya baş naziri Kataloniya başçılarının kənarlaşdırılmalarını istəyib
İspaniya baş naziri vurğulayıb ki, Kataloniya əyalətinin başçısı və onun müavini öz vəzifələrindən kənarlaşdırılmalıdırlar.
İspaniya baş naziri Mariano Rahoy bu ölkə senatında və Kataloniya məntəqəsinin istiqlaliyyətinin ləğvi qərarı haqda səsvermə ərəfəsində deyib: İspaniya hazırda öz tarixində rastlaşmadığı bir problemlə üzləşibdir.
Rahoy əlavə edib: Əsas qanunun 155-ci maddəsi Kataloniyada qanunun icrası üçün yeganə həll yoludur.
Rahoy Kataloniya əyalətinin başçısı və onun müavininin öz vəzifələrindən kənarlaşdırılmaları vacibliyini vurğulayaraq, deyib: Dövlətin Kataloniya məntəqəsində öz nəzarətini artırmaq üzrə xüsusi tədbirləri katalanların azadlıqlarının əllərindən alınması demək deyil və bu tədbirlər onları himayə məqsədilə görülür.
Kataloniya başçıları bildiriblər ki, Kataloniya respublikasını müstəqil bir ölkə formasında təşkil edəcəklər.
İspaniyanın şimal-şərqində yerləşən Kataloniya bu ölkənin mərkəzi dövlətinin müxalifətinə rəğmən, oktyabrın birində istiqlaliyyət referendumu keçirdi, amma İspaniyanın əsas qanun məhkəməsi onu qanunsuz elan etdi.