Okt 27, 2017 20:09 Asia/Baku
  • Kataloniya barədə eyni vaxtda iki qərar çıxarılıb
    Kataloniya barədə eyni vaxtda iki qərar çıxarılıb

Kataloniyanın yerli parlamenti bu məntəqənin tam şəkildə İspaniyadan müstəqil olmasının lehinə səs verib, eyni zamanda, bu ölkə senatı Kataloniyanın muxtariyyətini ləğv edib.

Kataloniyanın yerli parlamenti saatlarla bəhs və araşdırmaların ardınca bu gün bir qətnamə qəbul edərək, birtərəfli surətdə İspaniya dövlətindən istiqlaliyyətini elan edib.

Kataloniya nümayəndələri yetmiş lehinə, on əleyhinə və iki bitərəf səslə bu məntəqənin tam şəkildə İspaniyadan müstəqil olmasına səs veriblər.

Bu məlumata görə, eyni zamanda, İspaniya senatı bugünkü iclasında bu ölkə konstitusiyasının 155-ci maddəsini icraya qoyaraq, Kataloniya məntəqəsinin hazırkı muxtariyyətinin əlindən alınması ilə bağlı İspaniyanın mərkəzi dövləti üçün zəmin yaradıb.

İspaniyanın baş naziri Mariano Rahoy senatın səsvermə yığıncağında Kataloniyanın yerli parlamentinin bu məntəqənin istiqlaliyyətini elan etmək üzrə hərəkətini demokratik istehza adlandırıb.

Rahoy Kataloniya məntəqəsinin başçısı və onun müavininin vəzifələrindən kənarlaşdırılmaları vacibliyini vurğulayıb.

Rəsmi Madrid bundan öncə xəbərdarlıq etmişdi ki, Kataloniyanın İspaniyadan müstəqilliyinin elan ediləcəyi təqdirdə, yerli dövləti buraxacaq və qarşıdakı altı ay ərzində yeni seçkilər keçirəcəkdir.

Oktyabrın birində keçirilmiş Kataloniya məntəqəsinin İspaniyadan müstəqil olması barədə referendumda, səsverənlərin doxsan faizi bu məntəqənin mərkəzi dövlətdən ayrılmasının lehinə səs verdi.

Mərkəzi dövlət bu referendumu qanunsuz elan edib.

Teqlər