Londonda polis zorakılığına qarşı aksiya
https://azeri.sahartv.ir/news/dünya-i285874-londonda_polis_zorakılığına_qarşı_aksiya
Ötən iyirmi ildə İngiltərə polisinin zorakıığı üzündən ölmüş şəxslərin ailə üzvləri, dostları və himayədarları Londonda dövlətin yüksək vəzifəli nazirlərinin iqamətgahında yerləşən "Davninq Striit"də aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2017 14:48 Asia/Baku
  • Londonda polis zorakılığına qarşı aksiya
    Londonda polis zorakılığına qarşı aksiya

Ötən iyirmi ildə İngiltərə polisinin zorakıığı üzündən ölmüş şəxslərin ailə üzvləri, dostları və himayədarları Londonda dövlətin yüksək vəzifəli nazirlərinin iqamətgahında yerləşən "Davninq Striit"də aksiya keçiriblər.

Aksiyanın təşkilatçıları həmin hadisələr zamanı daxili işlər naziri olmuş İngiltərənin baş naziri Tereza Meyi təzyiq altında qoymaq əzmindədirlər.

Bu aksiya ümumi bir aksiyadır və İngiltərə polisi tərəfindən qətlə yetirilmiş şəxslərin anılması məqsədilə keçirilir.

Ölənlərin ailələri hər il bu mərasimdə iştirak edirlər ki, nəhayət ədalət icra edilmiş olsun.

İngiltərədə 1500-dən çox ailə öz övladını polislə qarşılaşma nəticəsində itirib və indiyədək də polis zorakılığı London başçıları tərəfindən pislənilməyibdir.