Noy 10, 2017 20:34 Asia/Baku
  • Özbəkistanda Davamlı Təhlükəsizlik və İnkişafın Təmini üzrə beynəlxalq iclas keçirilib

Birgə Gələcək və Qarşılıqlı Çiçəklənmə şüarı ilə Mərkəzi Asiyada Davamlı Təhlükəsizlik və İnkişafın Təmin olunması üzrə Beynəlxalq iclas.

Özbəkistan prezidenti bu iclasda iki önəmli nüansı vurğladı. Birincisi: qısa zaman ərzində İran İslam Respublikasından Omana keçmək vasitəsi ilə Mərkəzi Asiya ölkələrinin dəmiryol nəqliyyatının genişlənməsi və dəmiryolunun birləşdirilməsi. İkincisi isə: Regionun iqtisadi çiçəklənməsi və inkişafı xalqların rifahı və bölgə müsəlmanlarının iqtisadi inkişafına şərait yaradacaqdır.

İran xarici işlər naziri deyib: Birtərəfli təhlükəsizlik, fildişi qülləsində əyləşmək əsri və hərbi gücə arxalanmaqla təhlükəsizlik dövrü uzun müddətdir ki, başa çatıb.

İran xarici işlər naziri cənab Zərif də bu beynəlxalq iclasda İranın Mərkəzi Asiya ölkələri olaraq Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla əlaqələrinə toxunaraq deyib: Tehran bölgənin davamlı təhlükəsizliyi və inkişafına xüsusi önəm verir.

Məhəmməd Cavad Zərif əlavə edib: Hərbi qarşılaşmadan önəmlisi, islam əleyhinə olan bu cərəyanların formalaşmasının köklərinin araşdırılması, maliyyə mənbələri və siyasi hamilərinin müəyyənləşdirilməsi, təkfirçi terror ideologiyası və təfəkkürünün qaynaqlandığı məkanın aydınlaşdırılması radikallıq və terrorizmin kökləri ilə əsaslı və qətiyyətli mübarizənin gərəkçəsi və ilkin şərtidir.

İran xarici işlər nazirinin bu iclasda qeyd etdiyi digər önəmli məsələ İranın Mərkəzi Asiya ölkələri, həmçinin digər ölkələrlə iki və çoxtərəfli əməkdaşlıq və münasibətlərin genişləndirilməsi idi. Cənab Zərif dedi: Qarşılıqlı inkişaf və çiçəklənmənin genişlənməsi Tehranın gündəmində durur.

Zərifin sözlərinə görə, İranın özəl sektoru su və istilik elektrik stansiyaları, şose yol və dəmiryolu, mədənlərin kəşfi və sənaye sektorlarında onlarla inkişaf layihəsini icra etmişdir. İslam Respublikası nəqliyyatın quru, dəniz və dəmiryolu sektorunda bu infrastrukturlarını və öz tranzit imkanlarını regionun ölkələrinin ixtiyarına vermişdir.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Mogerini də bu iclasda Mərkəzi Asiyaya üzv beş ölkədə 70 milyondan çox vətəndaşın yaşamasına toxunaraq deyib: İpək Yolu keçmişin yadigarı deyil, əksinə hazırda ölkələrin inkişafı, xüsusilə də Asiyanın Avropa ilə münasibətlərinin genişləndirilməsi üçün önəmli infrastruktur hesab olunur.

Bu mərasimdən sonra İran xarici işlər naziri Özbəkistan prezidenti ilə görüşərək Tehran-Daşkəndin münasibətlərinin genişləndirilməsi ilə əlaqədar məsləhətləşmə və danışıqlar aparıb.

Mərkəzi Asiyanın beş ölkəsinin İran İslam Respublikası ilə ticarət dövriyyəsinin həcmi hazırda ildə 1,5 milyard dollardır. Bu beş ölkənin rəsmiləri bu beynəlxalq iclasda qeyd etdilər ki, gələn iki il ərzində qonşu ölkələrlə münasibətlərin həcmini daha artıq inkişaf etdirəcəklər.

 

Teqlər