Noy 14, 2017 10:04 Asia/Baku
  • Quterreş: Yüz minlərlə Myanmalı müsəlmanın didərgin düşməsi
    Quterreş: Yüz minlərlə Myanmalı müsəlmanın didərgin düşməsi "faciədir"

BMT-nin baş katibi Myanmada yüz minlərlə Ruhinqa müsəlmanının öz evini tərk etməyə məcbur edilməsi və didərgin vəziyyətinə salınmasını "narahatedici" hadisə və "faciə" adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Antonio Quterreş ASEAN ölkələrinin Filippinin paytaxtı Manilada keçirilən sammitində deyib: Bu böhran regionda səbatsızlığa səbəb olacaq. 

BMT-nin baş katibi cümə günü də Myanmada yaşananları böyük bir insan faciəsi adlandırmışdı. 

25 oktyabrdan etibarən Myanmada dövlət qüvvələri və ifratçı buddistlərin Ruhinqa müsəlmanlarına qarşı növbəti kütləvi zorakılıqlarına start verilib. Myanmanın Raxin vilayətində, Arakan bölgəsində yaşayan Ruhinqa müsəlmanları Myanma ordusu və ifratçı buddistlərin hücumlarından amanda qalmaq üçün öz evlərini tərk etməyə və Banqladeşə sığınmağa məcbur olublar. İndiyə kimi 6 mindən çox Ruhinqa müsəlmanı Myanma ordusu tərəfindən amansız şəkildə qətlə yetirilib, 8 mindən çox insan yaralanıb.Yüz minlərlə nəfər isə didərgin düşüb. 

Teqlər