Beynəlxalq Əmək Təşkilatı işləyən uşaqların sayının artması haqda xəbərdarlıq edib
Noy 15, 2017 11:36 Asia/Baku
Beynəlxalq Əmək Təşkilatı dünyada çalışan uşaqların sayının güclü şəkildə artması prosesi haqda xəbərdarlıq edib.
İRİB-in məlumatına görə, Beynəlxalq Əmək Təşkilatının baş direktoru Quy Rayder çalışan uşaqların sayının artması haqda xəbərdarlıq edərək bildirib: Hal-hazırda dünyada 152 milyon uşaq işin qurbanıdır. Yəni dünyada hər on uşaqdan biri işləyir.
Rayder bəzi çalışan uşaqların qeyri-münasib vəziyyətlə üzləşməsi halının artmasına toxunaraq dünyada çalışan uşaqların sayının artmasının qarşısını almaq üçün beynəlxalq dairələrin aktiv səy göstərmələrini vurğulayıb.
Beynəlxalq Əmək Təşkilatı ictimai dəstəklər səviyyəsinin artırılması üçün milli strategiyaların icrasını işləyən uşaqlar fenomeni ilə mübarizənin əsas həll yolu adlandırıb.