Papa Fransis Ruhinca didərginləri ilə görüşəcək
https://azeri.sahartv.ir/news/dünya-i287189-papa_fransis_ruhinca_didərginləri_ilə_görüşəcək
Dünya katoliklərinin rəhbəri gələn həftə Myanma və Banqladeşə səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 23, 2017 07:11 Asia/Baku
  • Papa Fransis Ruhinca didərginləri ilə görüşəcək

Dünya katoliklərinin rəhbəri gələn həftə Myanma və Banqladeşə səfər edəcək.

İRNA-nın verdiyi məlumata görə, Papa Fransis 28 noyabrda Myanma paytaxtı Naypidav şəhərində bu ölkənin dövlət müşaviri və XİN başçısı Anq San Suçi eləcə də Yanqon şəhərində Myanma ordusunun komandanı Min Aunq Hlinq ilə görüşəcək. 

Papa həmçinin 1 dekabrda Banqladeş paytaxtı Dakaya gedəcək və Banqladeşə qaçqın düşən Ruhinca müsəlmanları ilə görüşəcək.