Noy 28, 2017 12:49 Asia/Baku
  • Amerikan rəsmi ABŞ-ın İrana qarşı siyasətlərinin məğlubiyyətə uğradığını etiraf edib
    Amerikan rəsmi ABŞ-ın İrana qarşı siyasətlərinin məğlubiyyətə uğradığını etiraf edib

Amerika xarici əlaqələr şurasının sədri Vaşinqtonun və Səudiyyə Ərəbistanının İrana qarşı siyasətlərinin İran xalqını daha da birləşdirmiş olduğunu etiraf edib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ xarici əlaqələr şurasınını sədri Riçard Haus Tvitter səhifəsində yazıb ki, Vaşinqtonun və Səudiyyə Ərəbistanının anti-İran siyasətləri istənilən effekti verməyib. O bu prossesin İranda millətçilik əhval-ruhiyyəsinin güclənməsindən başqa nəticəsi olmayacağına dair xəbərdarlıq edib. 

Riçard Hous yazıb: Amerikanın siyasətləri İran xalqını millətçi siyasət ətrafında birləşdirir halbuki İranın regionda gün-gündən artmaqda olan nüfuzu ilə qarşılaşmaq yolu tapmaqdan acizdir. 

ABŞ xarici əlaqələr şurasının sədri deyib: Səudiyyə Ərəbistanı və ABŞ prezidenti Donald Trampın siyasətləri Vaşinqton və Ərrəyadın etimad ediləsi tərəflər olmadığı barədə iranlıların fikirlərini qətiləşdirir. 

Riçard Haus yazıb: ABŞ və Səudiyyə Ərəbistanının siyasətləri ən pis nəticələrə gətirib çıxarıb. 

Teqlər