Noy 30, 2017 12:37 Asia/Baku
  • Sabiq general zəhər içdi
    Sabiq general zəhər içdi

Bosniya və Herseqovina müharibəsində Xorvatiya qüvvələrinin sabiq generalı 20 illik həbs qərarının təsdiqləndiyi müharibə cinayətləri məhkəməsinin iclasında zəhər içib.

Serbiya televiziyasının məlumatına görə, Slobodan Pralyak Bosniya müharibəsində müharibə cinayətkarı tanınmasına dair məhkəmə qərarı elan olunduqdan sonra, yerindən qalxıb və müharibə cinayətkarı olmadığını və bu qərarı qəbul etmədiyini deyərək zəhər içib. 

Slobodan Pralyak bir neçə saat sonra keçinib. 

Haaqda Müharibə Cinayətləri üzrə Beynəlxalq Apelyasiya Məhkəməsinin iclasında hakimlər heyəti məhkəmənin işini dayandırmasından öncə bildirib: Slobodan Pralyak Bosniya və Herseqovinanın bəzi hissələrində etnik təmizləmə məqsədilə kütləvi cinayətlərdə iştirak edib. 

Bildirilib ki, Pralyak 1993-cü il 9 noyabrdan sonra törədilən cinayət haqda məsuliyyətli tanınmayıb. 

Teqlər