Banqladeş: Fələstin dövləti xalqının təbii haqqıdır
https://azeri.sahartv.ir/news/dünya-i288671-banqladeş_fələstin_dövləti_xalqının_təbii_haqqıdır
Banqladeş baş naziri ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi rəsmən tanıması haqda qərarını pisləyərək deyib: Fələstin dövləti bu ölkə xalqının təbii haqqıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2017 15:48 Asia/Baku
  • Banqladeş: Fələstin dövləti xalqının təbii haqqıdır

Banqladeş baş naziri ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı kimi rəsmən tanıması haqda qərarını pisləyərək deyib: Fələstin dövləti bu ölkə xalqının təbii haqqıdır.

Banqla radiosunun məlumatına görə, Şeyx Həsinə Trampın qərarının qəbuledilməz olduğunu bildirərək deyib: Hazırda islam dünyasının vəzifəsi birləşmək və Fələstin dövlətini rəsmən tanımaqdır. 

Şeyx Həsinə əlavə edib: ABŞ hökumətinin qərarı Yaxın Şərqin yenidən desatabilləşməsinə səbəb olacaq. 

Ötən gün də Banqladeş hökuməti bir bəyanat verərək Trampın Fələstin xalqının hüququnu görməməzliyə vuran qərarını qəbuledilməz adlandırıb və Qüds-Şərifin paytaxtlığı ilə müstəqil Fələsitn dövlətinin təşkil olunmasını vurğulayıb.