İndoneziyada zəlzələ
Dek 16, 2017 12:31 Asia/Baku
-
İndoneziyada zəlzələ
İndoneziyanın Cava məntəqəsində altı tam onda beş bal gücündə baş verən zəlzələ iki nəfərin həlak olması və yeddi nəfərin də yaralanması ilə nəticələnibdir.
Dünən gecə baş vermiş bu zəlzələnin episentri İndoneziyanın Cava bölgəsinin Sipatucah məntəqəsinin ətrafında olubdur.
Bu zəlzələ yerin 91 kilometr dərinliyində baş verib və bir çox insan sunami qorxusundan sahil məntəqələri tərk edibdir.
İndoneziya "Sakit Okean vulkan halqası" adlı seysmik məntəqədə yerləşir ki, orada bir çox vulkanlar və güclü zəlzələlər baş verir.
2004-cü ildə İndoneziyada 9.3 bal gücündə yeraltı təkan baş verdi ki, bu da dağıdıcı sunamiyə səbəb oldu və nəticədə minlərlə nəfər həyatını itirdi. Həmin zəlzələnin episentri İndoneziyanın Sumatra məntəqəsində yerləşmişdi.