Dek 21, 2017 20:50 Asia/Baku
  • ABŞ prezidenti bazarı diplomatik rəqabətlə səhv salıb
    ABŞ prezidenti bazarı diplomatik rəqabətlə səhv salıb

Amerika Birləşmiş Ştatları bu gün BMT Baş Assambleyasında əleyhinə səs verən ölkələri maliyyə yardımını dayandırmaqla hədələyib.

Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Heili Donald Trampın ABŞ səfirliyinin Tələvivdən Beytül-Müqəddəsə köçürülməməsinə dair qətnamənin lehinə səs verən ölkələrə maliyyə yardımlarının dayandırılması üçün həmin ölkələrin adlarını ona verməsini istədiyini deyib. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bir twit-də yazıb: Tramp rejimi demokratiyaya etinasızlığını BMT-də ABŞ-ın quldurcasına hərəkətləri qarşısında müqavimət göstərə biləcək ölkələri təhdid etməklə göstərdi. ABŞ iki gün öncə də BMT Təhlükəsizlik Şurasında öz səfirliyinin Beytül-Müqəddəsə köçürülməməsinə dair qətnamənin ilkin mətnini bloklayıb.

Ya bizimləsiniz, ya da bizə qarşı. BMT Baş Assambleyasının Fələstin haqda iclasına bir neçə saat qalmış ABŞ hədələyib ki, hər bir ölkənin əli anti-sionist qətnamənin lehinə qalxarsa, ABŞ-ın maliyyə yardımlarına əli çatmayacaq.

ABŞ prezidenti Donald Tramp deyib: Nikki Heilinin BMT-də dediyi kimi, bizdən pul alan, amma bizə qarşı olan ölkələri diqqətdə saxlayırıq. Bu səslər bizim üçün əsla önəmli deyil. Biz öz işimizi görürük. Önəmli olan budur ki, milyonlarla dollar pulumuz ehtiyatda qalacaq.

İki gün öncə Təhlükəsizlik Şurasında 15 üzvdən 14-nün lehinə səsinə baxmayaraq səfirliyin Beytül-Müqəddəsə köçürülməməsinə dair qətnaməni bloklayan ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Heili deyib: Tramp ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə qarşı olan ölkələrin adlarını ona verməsini istəyib. Bundan öncə ABŞ Konqresinin 70 nümayəndəsi də qətnamənin ilkin mətnini tənzimlədiyinə görə, Misirə təzyiqin göstərilməsini istəmişdilər. Təhlükəsizlik Şurasının qətnaməsinin əksinə olaraq, BMT Baş Assambleyasının qətnaməsinin qeyri-icbari olmasına rəğmən, Tramp hökuməti və partiyası yetkililərinin bu davranışı ABŞ-ın daxilində müxtəlif dairələrin reaksiyası ilə üzləşib və onu alverçilik baxışı hesab edirlər.

ABŞ Dövlət Departamentinin sabiq sözçüsü Con Kirbi deyib: Bu, diplomatiyaya bir növ bazar baxışıdır. Rəqabət diplomatiyası sahəsində düzgün ideya ola bilməz. Onlar öncədən bu məsələni düşünməli idilər ki, bu elan qalmaqallı ola və dünyanın müxtəlif yerlərində qəbulediləsi olmaya bilər. Hal-hazırda onlar bu məsələdə BMT ilə üzləşməlidirlər. Trampın bu baxışı quldurcasına baxışdır. BMT-nin məqsədlərinə əsasən, o qədər də yararlı deyildir. Onlar bu uşaq oyunundan əl çəkməlidirlər.

ABŞ səfirliyinin Beytül-Müqəddəsə köçürülməsinə dair Trampın qərarına etirazlar o həddədir ki, onun müavini işğal olunmuş ərazilərə səfərini ləğv edib. Sionist hərbçilərlə fələstinlilər arasında ağır toqquşmalarla nəticələnən işğal olunmuş ərazilərdə etirazlardan əlavə, bütün dünyada azadlıqsevərlər hələ də bu qərara etiraz edirlər.

 

Teqlər