Dek 22, 2017 11:09 Asia/Baku
  • Yuqoslaviya başçılarının mühakiməsi başa çatdı; 161 nəfər haqda hökm oxundu
    Yuqoslaviya başçılarının mühakiməsi başa çatdı; 161 nəfər haqda hökm oxundu

Beynəlxalq Cinayət Məhkəməsinin Yuqoslaviya başçıları ilə bağlı 24 il sürən məhkəməsi cümə axşamı başa çatıb. Məhkəmə boyunca 161 müttəhim müharibə cinayəti işində mühakimə edilib.

İRNA-nın məlumatına görə, Beynəlxalq Cinayət Məhkəməsi ötən 24 ildə Yuqoslaviya işi ilə bağlı 161 nəfəri məsuliyyətə cəlb edib. Müttəhimlərin təqribən yarısı Serbiya və Serbernitsadan olan hərbçi və siyasətçi olub. 

Yuqoslaviya ilə bağlı 24 il sürən beynəlxalq cinayət məhkəməsi 25 may 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Yuqoslaviyada törədilmiş müharibə cinayətlərinin araşdırılması üçün yaradılmışdı. 

Serbernitsa qətliamında Serblər tərəfindən əsir alınan və sayı 8500 nəfərə çatan kişi və gənc Ratko Mladiçin başçılıq etdiyi serb hərbçilər tərəfindən şəhərin ətrafında kütləvi şəkildə qətlə yetirilmişdi. 

Bu qətliam 2-ci dünya müharibəsindən sonra Avropada törədilən ən iri qətilam sayılır. İndiyə kimi iki beynəlxalq məhkəmə instansiyası Serbernitsa hadisəsini araşdırdıqdan sonra, baş vermiş hadisəni "soyqırımı" adlandırıb. 

Teqlər