Dek 28, 2017 21:23 Asia/Baku
  • Ruhinca müsəlmanlarının telefonla qeydə alınan acı xatirələri
    Ruhinca müsəlmanlarının telefonla qeydə alınan acı xatirələri

Myanmada var-yoxlarını buraxaraq Banqladeşdə didərgin düşərgələrinə sığınan ruhinca miqrantları Myanam təhlükəsizlik qüvvələrinin zorakılıqları barədə acı xatirələrə malikdirlər. Onlar bu acı xatirələrin bəzilərini öz mobil telefonlarında qeydə alıblar.

Ötən avqust ayından bu günədək 630 mindən çox ruhinca müsəlmanı Myanmadan qaçıb və Banqladeşdə didərginlər düşərgəsinə sığınıb. İOnların ev-eşikləri, var-dövlətləri və malik olduqları hər bir şey indi olnar üçün xatirəyə çevrilib. 

Ruhinca didərginlərindən biri mobil telefonu ilə qeydə aldığı videoya işarə edərək deyir: Bu video ordunun kəndimizə girdiyi anları əks etdirir, onlar kiçik bombalarla kəndi yandırırdılar, əhali su və qumdan istifadə edərək alovu söndürməyə çalışırdı. Hamı odu söndürməyə çalışırdı amma buna qadir deyildi. 

Banqladeşdə 22 yaşlı ruhinca miqrant Mücibullah Myanmada qardaşı qətlə yetirildikdən sonra Banqladeşə qaçıb. O deyir: Bizə yaxın kənd yandırıldıqda dostlarımızla birlikdə oraya getdik və bu videonu orada çəkdik. Ordu kəndi tərk etdikdən sonra sakinlər mənzillərindən çıxdılar və hərbçilər qayıdaraq onları güllələdilər. 

Banqladeşdə didərgin düşərgəsində yaşayan 15 yaşlı myanmalı yeniyetmə Məhəmməd Fəhd deyir: Yaşadığım kənddən çəkdiyim videonu mobil telefonumda saxlayıram və yurdumdan ötrü darıxanda onları seyr edirəm. Biz orada məktəbə gedirdik, şənlik edirdik, indi isə məktəbə gedə bilmirik. 

Başqa bir qaçqın Əbdül-Həsən deyir: Myanmada yaşadığımız ərazidən çəkdiyimiz videoları burada seyr edərkən çox darıxırıq. Yaşadığım kənddən ötrü çox darıxıram. Bu videolar bizi burada yaşadan  həyat xatirəmizdir.

Teqlər