Dek 30, 2017 13:35 Asia/Baku
  • İngiltərədə əlillərin intiharı artıb
    İngiltərədə əlillərin intiharı artıb

İngiltərədə əlillər arasında intihar halları artıb.

İngiltərədə çıxan İndipendent qəzeti bir reportajda yazıb: 2008-ci ildən başlanmış əlillərin dəyərləndirilməsi proqramının nəticələrinə əsasən, əlillik məziyyətlərini əldə etməyə çalışan ingilis əlillər arasında intihar halları ikiqat artıbdır.

2014-cü ildə aparılmış rəy sorğusuna əsasən, Ümumi Sağlamlıq Xidməti-NÇS-dən əldə olunmuş yeni təhlillərə əsasən, işləməyə qadir olmayan və əlillik məziyyətlərindən bəhrələnmək istəyən əlillərin təqribən yarısı 2014-cü ildə intihar edibdir.

2007-ci ildəki rəy sorğularının nəticələri də göstərir ki, bu cür şəxslərin iyirmi bir faizi intihar edib və bu, o deməkdir ki, intihar etmiş şəxslərin faizi ötən yeddi ildə ikiqat artıbdır.

Bu məsələ İngiltərə başçılarının diqqətsizliyini göstərir.

Digər tərəfdən, İngiltərədəki xeyriyyə təşkilatları da yeni milad ili ərəfəsində evsizlərin durumuna diqqətsizlik etmələrinə görə, bu ölkənin başçılarını tənqid ediblər.

Teqlər