Yan 01, 2018 21:32 Asia/Baku
  • ABŞ-da 18 nəfər öldürülüb
    ABŞ-da 18 nəfər öldürülüb

ABŞ-dakı silahlı zorakılıqların davamında 18-dən çox adam ölüb, 37 nəfər də yaralanıbdır.

Amerikada silahlı zorakılıq miqdarının qeydə alınması mərkəzi dünən bildirib ki, bu zorakılıqlar ötən sutka ərzində və ABŞ-ın müxtəlif ştatlarında, o sıradan Kolorado, Florida, Vaşinqton və İllinois ştatlarında baş veribdir.

Bu məlumata görə, ötən iki sutka ərzində 153 halda atışma xəbər verilibdir ki, onların nəticəsində 47 nəfər ölüb, 98 nəfər də yaralanıbdır.

Hər gün ABŞ-ın müxtəlif ştatlarında atışma nəticəsində çoxlu sayda insan ölür və ya yaralanır.

Statistikalara əsasən, Amerika bu ölkə əhalisi ilə müqayisədə ən çox sayda yüngül silaha malikdir. Belə ki, hər yüz nəfərə 90 tüfəng və bel silahı düşür.

Respublikaçılar və demokratlar partiyalarında silahı himayə edən lobbinin nüfuzuna görə, Amerikanın dövləti və konqres bu ölkədə odlu silahlar əldə etməyi məhdudlaşdırmaq üçün bir addım atmırlar.

Teqlər