Qardian amerikalı səfillərdən yazır
2017-ci ildə həyata keçirilmiş araşdırmaların nəticələri göstərir ki, Amerikada 18-25 yaşlı 10 gəncdən biri evdən qaçıb yaxud qovulub və küçədə yaxud düşərgələrdə gecələyir
Londonda çıxan Qardian qəzeti ABŞ-ın Çikaqo universitetinin Çapin hall araşdırma mərkəzinin hesabatını dərc edib. Hesabata görə, Amerikada 13-17 yaşında yeniyetmələr arasında 30 nəfərdən biri səfillik həyatını təcrübə edib.
Sözü gedən mərkəzin son iki il ərzində 26 min gənc və onların ailələrinin iştirakı ilə apardığı rəysorğularının nəticələrinə görə 2017-ci ildə 3 milyon 500 min gənc və 660 min yeniyetmə səfil həyatı yaşayıb.
Bu araşdırma göstərir ki, universitet tələbələri, təhsilini bitirənlər və gənclər səfillər arasında çoxluq təşkil edir və qaradərililər və latın kökənlilər daha təhlükəli durumdadırlar.
Çapin Hall mərkəzinin alimləri bildirirlər ki, Mənzil sektorunda destabillik və onun nəticəsində yaranan streslər gənclər qarşısında fürsətlərin itirilməsinə və səfillik fenomeninin geniş miqyas olmasına səbəb olub.