Yan 06, 2018 18:19 Asia/Baku
  • Özbəkistan zindanlarında işgəncənin qarşısının alınması layihəsi hazırlanıb
    Özbəkistan zindanlarında işgəncənin qarşısının alınması layihəsi hazırlanıb

Özbəkistanın daxili işlər naziri məhbuslara qarşı ruhi və fiziki işgəncə və təzyiqlərin qarşısının alınması layihəsinin hazırlanmasından xəbər verib.

Özbəkistanın daxili işlər naziri Polat Babacanov məhbuslara qarşı ruhi və fiziki işgəncə və təzyiqlərin qarşısının alınması layihəsinin hazırlanmasından xəbər verib.

Özbəkistanın daxili işlər naziri deyib: Xalq daxili işlər nazirliyini repressiv və qəddar bir orqan hesab edir. O, bildirib: Hazırda istintaqlardakı mənfi fenomenləri aradan qaldırmaq və daha artıq şəffaflılığın yaradılması üçün Özbəkistan zindanları videokameralarla təchiz olunurlar.

Babacanov əlavə edib: Xarici ölkələrin təcrübəsinə və beynəlxalq standartlara əsasən, daxili işlər nazirliyində istintaqların qeydə və lentə alınması üçün rabitə və informasiya texnologiyası ilə təchiz edilmiş otaqlar yaradılacaqdır.

Teqlər