Yan 09, 2018 08:46 Asia/Baku
  • Tunisdə gecə etirazları davam edir
    Tunisdə gecə etirazları davam edir

Tunisin bir neçə şəhərində gecə etirazlarının bərpası bu ölkədə əmtəə mallarının qiymətlərinin və vergilərin artması ilə yanaşı, bir vətəndaşın ölümünə səbəb olubdur.

Tunis Səhiyyə Nazirliyi bildirib ki, bir Tunis vətəndaşı Təbərq şəhərindəki etirazlarda polislə toqquşmada həyatını itirib.

Təhlükəsizlik qüvvələri və polis qüvvələri etirazçılarla toqquşma zamanı onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Tunis təhlükəsizlik mənbələri bildiriblər ki, bu etirazlarda bəzi ictimai əmlaka zərər dəyib və bəzi opportunistlər oğurluq etmək üçün mağazalara hücum ediblər.

Yerli medialar bildiriblər ki, etiraz dalğaları əmtəə mallarının qiymətlərinin qalxmasına, həmçinin vergilərin artmasına səbəb olub və əhali müxtəlif şəhərlərdə aksiyalar keçiribdir.

Teqlər