ABŞ-ın Nümayəndələr Məclisi İrandakı son iğtişaşları himayə məqsədli qətnamə qəbul edib
https://azeri.sahartv.ir/news/dünya-i291815-abŞ_ın_nümayəndələr_məclisi_İrandakı_son_iğtişaşları_himayə_məqsədli_qətnamə_qəbul_edib
ABŞ-ın Nümayəndələr Məclisi çərşənbə axşamı söz azadlığına dəstək iddiası ilə İrandakı son iğtişaşları himayə üzrə qətnamə qəbul edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2018 06:19 Asia/Baku
  • ABŞ-ın Nümayəndələr Məclisi İrandakı son iğtişaşları himayə məqsədli qətnamə qəbul edib

ABŞ-ın Nümayəndələr Məclisi çərşənbə axşamı söz azadlığına dəstək iddiası ilə İrandakı son iğtişaşları himayə üzrə qətnamə qəbul edib.

İRNA-nın məlumatına görə, "676" saylı qətnamə 415 lehinə səslə ABŞ-ın Nümayəndələr Məclisində qəbul edilib. 

ABŞ-ın Nümayəndələr Məclisi bu qətnamədə İran İslam Respublikasını Vaşinqton tərəfindən himayə edilən iğtişaşçıların haqlarını pozmaqda ittiham edib. 

ABŞ-ın Nümayəndələr Məclisi öz qətnaməsində bu ölkə hökumətindən İrana qarşı məqsədyönlü sanksiyalardan habelə, BMT-nin Təhlükəsizlik və İnsan Haqları şuralarının iclaslarından istifadə etməsini istəyib. 

Bundan öncə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pens də İrandakı iğtişaşçıları tam aşkar formada dəstəkləmişdilər.