Yan 11, 2018 17:54 Asia/Baku
  • Britaniya: Nüvə anlaşmasının alternativi yoxdur
    Britaniya: Nüvə anlaşmasının alternativi yoxdur

Britaniya xarici işlər naziri bildirib: Əhatəli Müştərək Təşəbbüs Proqramının alternativi yoxdur.

Röytersin məlumatına görə, Britaniya xarici işlər naziri Boris Conson Avropanın dörd önəmli xarici işlər nazirlərinin Brüsseldə keçirilən birgə keçirilən mətbuat konfransında Avropa Birliyinin İranın nüvə anlaşmasının müddəalarına sadiq qalması və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən təsdiqlənməsini qeyd edərək deyib: Bu məsələ çox önəmlidir və bu anlaşmaya dünya dəstəyi yaradılmalıdır. 

Britaniya xarici işlər naziri deyib: 4 Avropa ölkəsinin Brüssel iclası çox önəmlidir. Çünki avropalılar İranla nüvə anlaşmasına çox dəyər verirlər. 

Conson Britaniya, Fransa və Almaniya, digər Avropa ölkələri, həmçinin Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerinin nüvə anlaşmasının davam etməsini dəstəklədiyini bir daha qeyd edib. 

İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayından qüvvəyə minib. Lakin ABŞ hökuməti bu qrupun üzvü olaraq nüvə anlaşmasının icrasında maneələr yaradır. 

Teqlər