Qırğızıstanın borcu kəllə-çarxa çıxdı; 4 milyard dollar
https://azeri.sahartv.ir/news/dünya-i291979-qırğızıstanın_borcu_kəllə_çarxa_çıxdı_4_milyard_dollar
Qırğzısıtanın Maliyyə Nazirliyi ölkənin xarici və daxili qurumlara borcunun 4 milyard 444 milyon dollar olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2018 14:30 Asia/Baku
  • Qırğızıstanın borcu kəllə-çarxa çıxdı; 4 milyard dollar
    Qırğızıstanın borcu kəllə-çarxa çıxdı; 4 milyard dollar

Qırğzısıtanın Maliyyə Nazirliyi ölkənin xarici və daxili qurumlara borcunun 4 milyard 444 milyon dollar olduğunu bildirib.

Fars Xəbər Agentliyinin məlumatıan görə, Qırğızıstanın Maliyyə Nazirliyi bu gün bildirib: Bu ölkə ötən ilin noyabr ayının sonuna qədər xarici və daxili qurumlara 4 milyard 444 milyon 68 min dollar borcludur. 

Məlumata görə, həmin borcun 4 milyard 15 milyon 22 min dolları xarici, 429 milyon 46 min dolları isə daxili qurumların payına düşür. 

Qırğızıstan daha çox Çin banklarına borcludur. Bu ölkənin Çinə borcu 1 milyard 669 milyon 81 min dllardır. Belə ki, ölkənin xarici borcunun 41,6%-ni təşkil edir.