Banqladeşdə ruhinca didədərginlərinin sayı bir milyonu ötüb keçdi
Ruhinca müsəlmanlarının öz ölkələrinə qayıtmaları layihəsinin icrası ərəfəsində Banqladeş rəsmi məlumatda bildirib ki, bu ölkənin didərgin düşərgələrində bir milyondan çox ruhinca müsəlmanı qeydiyyata alınıb.
HindistanTayms qəzeti Ruhinca didərginlərinin qeydiyyat əməliyyatının banqladeşli rəhbəri Səid Ərrəhmana istinadən bildirib ki, qeydiyyat əməliyyatı hələ sona çatmayıb amma bu saatadək bir milyondan çox ruhinca didərgini qeydə alınıb.
Banqladeşli rəsmi bildirib ki, hələ minlərlə ruhinca müsəlmanı qeydiyyata alınmamışdır. Banqladeş tərəfindən elan edilən statistika BMT-nin statistikasından daha çoxdur.
BMT bildirmişdi ki, ümumiyyətlə 962 min ruhincalı Banqladeşə sığınıb və onların 655 min nəfəri 2017-ci il 25 avqustdan sonra, Myanmanın Raxin vilayətində müsəlmanlara qarşı zorakılıqların yeni mərhələsinə başlanılmasından sonra Banqladeşə didərgin düşüblər.
Banqladeş bildirir ki, Myanma dövləti ilə əldə olunmuş razılaşmaya əsasən Ruhinca müsəlmanlarının öz ölkələrinə qayıtmaları prossesinə gələn həftə start veriləcək.
Buna baxmayaraq bir çox ruhinca müsəlmanı onlara qarşı Myanma ordusu və buddistləri tərəfindən törədilmiş dəhşətli cinayətləri nəzərə alaraq öz yurd-yuvalarına qayıdacaqları təqdirdə bir daha onlara qarşı eyni cinayətlərin təkrarlanmayacağına zəmanətin olmadığını bildirərək qayıtmaqdan imtina edirlər. BMT-də bildirib ki, Ruhinca müsəlmanlarının Myanmaya qayıtmaları könüllü şəkildə həyata keçməlidir.