Yüzlərlə rohinca Myanma-Banqladeş arasındakı razılığa etiraz etdi
https://azeri.sahartv.ir/news/dünya-i292831-yüzlərlə_rohinca_myanma_banqladeş_arasındakı_razılığa_etiraz_etdi
Banqladeşdə yüzlərlə rohinca didərgini onların qayıtma şərtlərinə diqqət yetirmədən Myanmaya qaytarılmasına dair Dakkanın layihələrinə etiraz üzrə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 19, 2018 12:16 Asia/Baku
  • Yüzlərlə rohinca Myanma-Banqladeş arasındakı razılığa etiraz etdi

Banqladeşdə yüzlərlə rohinca didərgini onların qayıtma şərtlərinə diqqət yetirmədən Myanmaya qaytarılmasına dair Dakkanın layihələrinə etiraz üzrə aksiya keçirib.

İRİB-in məlumatına görə, didərgin rohincalar cümə günü şüarlar səsləndirərək və əllərində yazılı parçalar tutaraq Myanma vətəndaşlığının verilməsini, onların Raxin əyalətinə qaytarılmasından öncə təhlükəsizlik zəmanətlərinin verilməsini tələb ediblər.

Bu etiraz aksiyası BMT-nin Myanma məsələləri üzrə xüsusi məruzəçisi Yanghee Linin Banqlaşdeşə səfəri və Banqladeşin cənub-şərqində rohinca didərginlərinin düşərgəsinə baxış keçirməsi ərəfəsində keçirilib.

Banqladeş və Myanma 25 noyabr 2017-ci ildə rohinca didərginlərinin Raxində öz evlərinə qayıtması üçün anlaşma imzalayıb. Lakin rohinca müsəlmanlarının əksəriyyəti Myanmaya qayıtmaq istəmədiklərini bildirib.

BMT də bildirib ki, rohinca müsəlmanlarının qayıdışı prosesi könüllü şəkildə həyata keçirilməlidir.