Avstraliya sularında 2 gənc drondan istifadə edərək, xilas edilib
Yan 20, 2018 16:51 Asia/Baku
Xilasedicilər drondan istifadə edərək, Avstraliya sularında 2 gənci xilas ediblər.
Dəniz xilasediciləri güclü dalğalar arasında çarəsiz qalmış bu 2 gənci 1.5 km fasilədən dronla təlim məşqi keçdikləri zaman, dorna quraşdırılmış kamera vasitəsilə müşahidə ediblər.
Dəniz xilasediciləri dronu həmin iki gəncin başı üzərinə yaxınlaşdırıb və onlara xilasedici boru atıblar. Bu borular atıldıqdan sorna, dərhal hava ilə dolaraq, insanın suyun üzərində qalmasına kömək edir. Bu iki gənc həmin xilasedici boru sayəsində üzərək sahilə çıxmağı bacarıb.