Yan 21, 2018 18:54 Asia/Baku
  • İsveçdə məscidlərə edilən hücumlar davam edir
    İsveçdə məscidlərə edilən hücumlar davam edir

Şənbə günü gecə saatlarında hücuma məruz qalan Stokholm məscidi sadəcə 2017-ci ildə 22 dəfə rasist hücuma məruz qalıb.

İKNA xəbər agentliyinin verdiyi məlumata görə, Stokholm məscidinin imam camaatı Mahmud Xələfi deyib: Stokholm məscidi gecə vaxtı İslam düşmənləri tərəfindən hücuma məruz qalıb. Hücumçular məscidin qapı və divarları üzərinə "sınmış xaç" təsvirləri çəkiblər.

Stokholm məscidinin imam camaatı həmçinin deyib: Dəfələrlə məsciddə təhlükəsizlik kameralarının quraşdırılmasını istəsək də, rəsmi dairələr hər dəfə bu istəyə qarşı çıxıblar.

Bu hücumla bağlı görüntülər Facebook-da geniş formada yayılıb.

Bir müddət öncə də İsveçin cənub-qərbində yerləşən İmam Əli(ə) İslam Mərkəzi və "Karlstad" İslam Mərkəzi də ifratçı rasist ünsürlər tərəfindən əldə düzəldilmiş partlayıcılar ilə hücuma məruz qalmışdı.

 

Teqlər