Yan 22, 2018 12:17 Asia/Baku
  • Tunisdə etirazlar yenidən başlandı
    Tunisdə etirazlar yenidən başlandı

Tunisin cənubunda işsizliyə etiraz üzrə qarşıdurmalar yenidən başlayıb.

Röytersin məlumatına görə, Tunisin cənubunda əl-Mitləvi şəhərində etirazçılar bazar günü küçələri bağlayaraq və şinləri yandıraraq iş istəyiblər. 

Tunis bundan öncə də qiymətlər və vergilərin artırılmasına reaksiyada etiraz aksiyalarının şahidi idi. 

Tunisin bir neçə şəhərinin əhalisi yanvar ayının əvvəlindən məhsulların qiymətinin bahalaşması və güzəştlərin ləğv olunmasına dair yeni qanunun təsdiqlənməsi ardınca aksiyalar keçirib. Bu etiraz aksiyalarından bəzisi polisin müdaxiləsi ilə insidentlə nəticələnib. 

Min nəfərə yaxın etirazçının saxlanıldığı bildirilən bu etiraz aksiyaları ehtiyaclı ailələrə kömək üçün 57 milyon avronun ayrılmasına dair hökumətin 14 yanvar vədi ilə dayandı. 

Tunis hökuməti milli valyutanın dəyərinin kəskin surətdə azalması və büdcə kəsiri ilə üzləşməsinə görə, sərt iqtisadi qənaət proqramını icra edir. 

Teqlər