Yan 22, 2018 21:34 Asia/Baku
  • Fransa istehsallı bakteriyalı quru südlər digər ölkələri nigaran edib
    Fransa istehsallı bakteriyalı quru südlər digər ölkələri nigaran edib

Fransanın quru süd istehsal edən Laktalis şirkətinin bakteriyalı quru südlərinin indiyə qədər bu ölkədə yüzlərlə nəfəri qurbanı olmuşdur. Bu qurbanların hamısı xəstəxanalarda yatırılan körpələrdir. İndi isə bakteriya ilə çirklənmiş quru südlərin ixrac edildiyi ölkələrdən də nigaranlıqlar eşidilməkdədir.

Fransanın çirkli quru süd böhranı hazırda başqa ölkələrə də sirayət edib. Fransada rəsmi dairələrin bildirdiyinə görə, yeni hadisələrin baş verəcəyini gözləmək lazımdır. Çünki Fransanın çirkli quru süd istehsal edən şirkət bildirib ki, dünyanın 83 ölkəsinə bu qurusüdün 12 milyon paketini ixrac edib. Bu Fransa şirkətinin icra direktoru uzun müddət sükutdan sonra nəhayət media qarşısına çıxıb və bildirib ki, çirkli qurusüdün qurbanlarının ailələrinə kompensasiya ödəniləcək. Onun bu təklifi cəmiyyətlərin nümayəndələri və qurbanların ailələrinin reaksiyasına səbəb olub.

Milli İstehsalçılar Cəmiyyətinin nümayəndəsi Quentin Guilmain deyib: Bu təklif düz ədliyyə prosesləri keçməzdən öncə verilib. Doğrudan da gülüncdür. Konfet verməklə uşaqları aldatmağa bənzəyir. Biz bu hadisənin baş verməsinin səbəblərinin dəqiq şəkildə aydınlaşmasını istəyirik. Sükut etmək haqqına da ehtiyacımız yoxdur.

Digər tərəfdən Fransa medialarının bildirdiyinə görə, quru süd böhranı ilə əlaqədar rəsmilərinin birinin nala, birinin isə mıxa vurduğu hökumət bildirib ki, çirkliliyin aradan qaldırılması və qanun pozuntusuna yol verənlərin cəzalandırılması hökumətin prioritetidir.

Bununla əlaqədar Milli İstehsalçılar Birliyinin iclası keçirilib. Belə ki, körpələrin həzm sisteminə ciddi şəkildə xəsarət yetirən salemonel bakteriyası ilə çirklənmiş qurusüdlərin yığışdırılması və qurbanların ailələrinin vəziyyəti araşdırılıb. Çirkli quru süd istehsal etməklə qanunu pozan şirkətin nümayəndələrinin çağırtdırılmasından sonra Fransanın iqtisadiyyat naziri İstehlakçıların Hüquqlarını Müdafiə Cəmiyyətlərinin nümayəndələri və qurbanların ailələri ilə görüşüb.

Fransa iqtisadiyyat naziri Bruno Le Maire deyib: Vətəndaşların qida təhlükəsizliyi və səhiyyəsi müzakirə oluna bilməz. Hamı bununla əlaqədar öz önəmli vəzifəsini dəqiq bilməlidir. Bunlara hökumət, sənaye qrupları və paylayıcılar da şamil olur.

Dünyanın 90 ölkəsində 80 min işçi ilə Laktalis şirkəti ildə 18 milyard avro gəlirlə dünyada ilk yeri tutur. Yaranan rüsvayçılıq bu şirkətin beynəlxalq imicinə böyük zərbə vurmuşdur.

 

Teqlər