Sloveniyada kütləvi tətil aksiyası
Sloveniyada dövlət sektorunda çalışan 10 mindən çox işçi o cümlədən gömrük işçiləri, tibb bacıları, universitet müəllimləri və işçiləri əmək haqlarının az olmasına etiraz olaraq tətil aksiyasına başlayıblar.
Röyters-in məlumatına görə, Sloveniyanın fəhlə sindikatları çərşənbə günü bildiriblər kİ, minlərlə insanın əmək haqlarının az olmasına etiraz və əmək haqlarının artırılmasını tələb etmək məqsədi ilə paytaxt Lublyanada, dövlət binaları qarşısında aksiya keçirməsi gözlənilir.
Dövlət qulluqçularının tətil aksiyasının təşkilatçılarından biri deyib: Ardıcıl olaraq 5 ildir ki, Sloveniya iqtisadi inkişafın şahididir. Buna baxmayaraq, 2012-ci ildən bəri hələ də əmək haqlarına tətbiq edilmiş məhdudiyyətlər ləğv edilməyib. Artıq bütün bu məhdudiyyətlərin ləğv edilməsi zamanı gəlib çatıb.
Sloveniya hökuməti 2012-ci ildə maliyyə böhranını yaranmasının ardınca, dövlət qullqçularının əmək haqlarının artırılmasını müvəqqəti olaraq dayandırıb.
Sloveniya hökuməti işçi sindikatlarının tələblərinin bir milyard avroya qədər artdığını bildirərək, bunu qəbuledilməz adlandırır.
Sloveniya hökuməti bu məbləğin məntiqli əsasa malik olmadığını deyir.