Yan 29, 2018 13:12 Asia/Baku
  • HRW ruhinqalı didərginlərin Myanmaya qayıtmaları ilə bağlı şəraitdən nigarandır
    HRW ruhinqalı didərginlərin Myanmaya qayıtmaları ilə bağlı şəraitdən nigarandır

İnsan hüquqları müdafiəçisi təşkilatı-"Human Rights Watch" ruhinqalı didərginlərin Myanmaya qayıtmalarından nigarançılıq edərək, bildirib ki, Myanmaya geri dönərkən ruhinqalı didərginlərin mühafizəsi üçün heç bir beynəlxalq zəmanət mövcud deyildir.

"Human Rights Watch" təşkilatının Asiya üzrə sədr müavini Fil Robertson dünən bildirib ki, ruhinqaı didərginlərin öz ölkələrinə geri dönmələri üzrə tərəddüdlər mövcuddur. 

O, deyib ki, ruhinqalı didərginlərin Myanmaya geri dönmələri zamanı, onları öz ölkələrindən didərgin salmış vəziyyətə oxşar bir şərait yarana bilər.

Bundan öncə BMT bildirmişdi ki, təqribən 962 min Ruhinqa müsəlmanı Banqladeşin cənub-şərqindəki sərhəd məntəqələrinə gedib; onların 655 min nəfəri 2017-ci ilin avqustunda Myanmanın Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı  zorakılıqların yeni dövrünün başlanmasından sonra Banqladeşə sığınıbdır.

Banqladeş bildiribdir ki, Myanma dövlətilə razılaşmaya əsasən, Ruhinqa mühacirlərinin öz ölkələrinə geri dönmələri prosesi 2018-ci il yanvar ayının sonlarından başlanacaqdır.

Banqladeş və Myanma 2017-ci il noyabrın 25-də Ruhinqa mühacirlərinin Raxindəki ev-eşiklərinə geri dönmələri barədə bir razılaşma imzaladılar. Amma Ruhinqa müsəlmanlarının bir çoxu elan etdi ki, Myanmaya geri dönməyə hazır deyildir. BMT də bildiribdir ki, Ruhinqa mühacirlərinin öz ölkələrinə geri dönmələri prosesi könüllü şəkildə həyata keçməlidir.

Teqlər