Fev 05, 2018 19:39 Asia/Baku
  • İsveçrədə aksiya
    İsveçrədə aksiya

İsveçrədə yüzlərlə nəfər Fələstinə dəstək vermək və ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı elan etmək üzrə qərarını pisləmək üçün aksiya keçirib.

İsveçrə sakini olan fələstinlilər və Fələstini himayə edən on beş isveçrəli qeyri-hökumət təşkilatının nümayəndələrindən yüzlərlə nəfər Bern şəhərində aksiya keçirib. Onlar İsveçrə birliyi şurasından istəyiblər ki, Fələstin ölkəsini rəsmən tanısınlar.

Aksiyaçılar həmçinin Fələstin ölkəsinin rəsmən tanınmasını, beynəlxalq qanunların daha güclü şəkildə işlədilməsini istəyiblər. Onlar öz ölkələrinin sionist rejimlə hərbi həmkarlığının və işğal olunmuş ərazilərdəki sionist qəsəbələrin məhsulları və əmtəə mallarının idxalının dayandırılması vacibliyini vurğulayıblar.

Aksiyaçılar işğal olunmuş ərazilərdə sionist qəsəbələrin salınmasına son qoyulması, həmçinin fələstinlilərin mənzillərinin dağıdılması və onların didərgin salınmalarının qarşısının alınmasını vurğulayıblar.

Teqlər