Fev 09, 2018 14:51 Asia/Baku
  • Banqladeşdə aksiya
    Banqladeşdə aksiya

Banqladeşdə hökumət müxaliflərinin rəhbəri Xalidə Ziyaya qarşı məhkəmə hökmünün çıxarılmasına etirazda bu ölkənin paytaxtı Dəkkə onun tərəfdarlarının polislə toqquşma ilə müşayiət olunan aksiyası səhnəsi olubdur.

Xalidə Ziyanın tərəfdarlarından minlərlə nəfər onu məhkəməyə aparan avtomobili əhatə edibdir.

Məhkəmə hökmünün çıxarılmasından öncə və sonra Banqladeşin böyük şəhərlərində zorakılıqlar barədə məlumatlar verilib və qeyd olunubdur ki, bu zaman bir qrup şəxs yaralanıb və ya həbs edilibdir. Dəkkədə aksiyanın keçirilməsi qadağan olunubdur.

Xalidə Ziya 2007-ci ildə hökumət vəsaitindən müəyyən məbləği mənimsəməkdə ittiham olunaraq, beş il həbsə məhkum olunubdur.

O, bu ittihamları rədd edərək, onların siyasi məqsədlərə malik olduğunu bildirir.

Teqlər